Roman Abramoviçin Türkiyə səfərinin İLGİNC PƏRDƏARXASI 

Roman Abramoviçin Türkiyə səfərinin İLGİNC PƏRDƏARXASI 

Hazırda oxunan: Roman Abramoviçin Türkiyə səfərinin İLGİNC PƏRDƏARXASI 

152309

Rusiya xüsusi xidmət orqanlarına yaxın olan "VÇK-OQPU" Teleqram kanalının verdiyi məlumata görə, şimal ölkəsinin məşhur iş adamlarından olan Roman Abramoviç Ankaraya gedib. Teleqram kanalının qənaətincə bu səfərdə məqsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə gəlişinin hazırlıq məsələlərini müzakirə etməkdir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, iş adamı Abramoviçin Ərdoğanla Putinin Soçi görüşünün hazırlıq mərhələsinin müzakirəsində iştirakı, belə bir şəxsin hər iki lider tərəfindən qəbul edildiyinin göstəricisidir:
 

MÖVZU İLƏ BAĞLI:

Abramoviç Ərdoğanın Soçiyə gəlişini müzakirə etmək üçün Ankaraya getdi


“Tərəflər arasındakı münasibətlərdəki bəzi düyün nöqtələri görüşə qədər razılaşdırılmalıdır. Prosesin gedişində bu razılaşmaları realizə etmək, görüş mühitini yaratmaq üçün isə hər iki tərəfin qəbul etdiyi, dəyərləndirilən insanlardan da istifadə olunur. 

Belə fiqurlardan biri də göründüyü kimi hər iki tərəfin qəbul etdiyi rus iş adamı Abramoviçdir. Ona görə də prosesdə Abramoviçin də müəyyən dərəcədə rol oynadığını müşahidə edirik”.  

Soçi görüşündə müzakirə olunacaq “Taxıl sazişi”nin taleyinə gəldikdə, ekspertin qənaətincə, bu istiqamətdə də müəyyən irəliləyiş olacaq:  

“Qərb Ərdoğanın da ara-sıra vurğuladığı kimi, Rusiyanın müəyyən şərtlərini qəbul edərsə, bəzi məsələlərdə kompromisə gedərsə, taxıl sazişi də bərpa olunacaq. Rusiya Türkiyə münasibətləri bildiyiniz kimi, bəzi hadisələr fonunda bir qədər sərinləşib. Bu mənada iki ölkə liderinin Soçidə ehtimal edilən görüşü hər iki tərəf üçün əhəmiyyətlidir. Görüş regional və qlobal müstəvidə əhəmiyyət kəsb edir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO