Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE

Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE

Hazırda oxunan: Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE
146377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi İsmət Kərimov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  müavini vəzifəsindən azad edilib. İmzalanan digər sərəncamla Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyin olunub. 

Bizim.Media yeni nazir müavininin kimliyi və əvvəllər hansı vəzifələrdə çalışdığını araşdırıb.

Ramin Məmmədov 17 iyul 1978-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2000-ci ilin avqust ayından Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətinin təhlükəsizlik idarəsində çalışıb.

Fəaliyyətini 2008-ci ildən 2011-ci ilə qədər Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsində davam etdirib. 2011-ci ildə isə Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Ramin Məmmədov Fövqəladə Hallar Nazirliyinin polkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 avqust tarixli 966 nömrəli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 

Ailəlidir, üç övladı var. 

Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO