
- A-
- A
- A+
Siyasət
14:19 / 10.07.2023
1 dəq oxunma
Vatikan dövlət katibindən İlham Əliyevə TƏŞƏKKÜR
Hazırda oxunan: Vatikan dövlət katibindən İlham Əliyevə TƏŞƏKKÜR
145481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycandakı katolik icmaya göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, o, təşəkkürünü iyulun 10-da Azərbaycan liderinin qəbulunda olarkən çatdırıb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlət başçısına çatdırıb.
Kardinal Pietro Parolin Azərbaycanda dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































