Sülh danışıqlarının yeni mərhələsi ABŞ-da baş tutacaq - Dövlət Departamenti

Sülh danışıqlarının yeni mərhələsi ABŞ-da baş tutacaq - Dövlət Departamenti

Hazırda oxunan: Sülh danışıqlarının yeni mərhələsi ABŞ-da baş tutacaq - Dövlət Departamenti
142669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.

“Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və sülhə nail olmaq üçün açardır”, - Patel bildirib.
O, Rusiyanın bölgədə nizamlanmaya yönəlmiş vasitəçilik səylərindən də danışıb:

“Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi Entoni Blinken prosesə şəxsən nəzarət edir”.

Sülh danışıqlarının yeni mərhələsi ABŞ-da baş tutacaq - Dövlət Departamenti - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO