Laçındakı təxribatın PƏRDƏARXASI – Rusiya sülhməramlıları AĞIR DURUMDA - VİDEO

Laçındakı təxribatın PƏRDƏARXASI – Rusiya sülhməramlıları AĞIR DURUMDA - VİDEO

Hazırda oxunan: Laçındakı təxribatın PƏRDƏARXASI – Rusiya sülhməramlıları AĞIR DURUMDA - VİDEO

141767

İyunun 15-i saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

“Atışma nəticəsində hərbçimiz yaralanıb. Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı


Ardınca axşam radələrində erməni ordusu Zəngilan istiqamətində təxribata cəhd göstərib. Məlumara görə, atışma Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Ermənistan tərəfi minaatanlardan və PUA-lardan istifadə edib. Dövlət Sərhəd Xidməti və Azərbaycan Ordusunun bölmələri düşmənin bu həmləsinə daha üstün vasitələrlə cavab verib. 

Ermənistan KİV-lərinin yaydığı məlumatda qeyd olunub ki, erməni ordusunun 4 hərbçisi yaralanıb. Həmişə olduğu kimi, düşmən yenə öz itkilərini gizlətməyə cəhd göstərir. 

Bəs, törədilən təxribatın əsas məqsədi nədir? 

Nəzər yetirsək görə bilərik ki, təxribat məhz Laçın sərhəd-keçid məntəqəsi ərazisində, Azərbaycan bayrağının qaldırılması mərasimi zamanı baş verib. Yəni, bu təkcə hərbi təxribat deyil, həm də, siyasi motivləri özündə əks etdirən gedişdir. İlk olaraq, əlbəttə ki, Azərbaycan bayrağının ərazidə dalğalanması düşməni və onun tör-töküntülərini narahat edir. 

Bundan əlavə təxribatın ikinci əsas məqsədi Laçın sərhəd keçid məntəqəsindən istifadə edən şəxslərdə, etibarsızlıq, narahatlıq, təhlükəsizliyinin təmin olunmaması düşüncəsini yaratmaqdır. 

Üçüncü əsas məqsəd isə, xalq arasında nüfuzunu itirmiş Ermənistan hökumətinə güvəni artırmaq və mesaj verməkdir. 

Yəni ki, Brüssel görüşündəki razılaşmalara baxmayaraq, Ermənistan Laçında Azərbaycana məxsus sərhəd keçid məntəqəsinin açılmasına qarşıdır və bu reallığı dəyişmək üçün müxtəlif variantları sınayır. Həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Ermənistan höküməti və xalqı arasında rezonans doğurub. 

Söhbət Türkiyənin Şuşada konsulluq açması məsələsi və Ərdoğanın açıq-aşkar ifadə etdiyi fikirlərdən gedir. İndi əhalisi və ərazisi olmayan, xülyalarla yaşayan qondarma rejimin və onlara birbaşa havadarlıq edən qüvvələrin narahatlığı birə-beş artıb. 

Təxribat zamanı Rusiya Sülhməramlı Kontingentinin hərbçiləri də, ərazidə olub. Lakin nədənsə onlar təxribatın qarşısının alınması istiqamətində çevik tədbirlər görməyib.Yəni, rusiyalı hərbçilər təxribatçılara qarşı heç bir patron da, atmayıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbçilərinin ayıq-sayıqlığı nəticəsində itki olmasa da, bir hərbçimiz yaralanıb. Davam edən atışma zamanı təxribatçılar hərbçilərimizin ərazidə açıldığını və taktiki gediş etdiyini görüb tez bir zamanda ərazidən uzaqlaşıblar. 

Kimdir bu təxribatçılar? 

Müharibə 2020-ci ildə başa çatsa da, bölgədə hələ də erməni hərbi ünsürləri var. Rusiya sülhməramlılarının əsas vəzifəsi isə, Qarabağda mövcud olan bütün erməni hərbçilərin qeyri-şərtsiz Qarabağı tərk etməsini təmin etmək, müqavimət göstərənləri isə zərərsizləşdirməkdir.

Bunun üçün Rusiya hərbçilərinin Qarabağda hər bir texniki avadanlığı, döyüş texnikası və silah-sursatı var. 

Biz isə ötən 3 il müddətində bunun tam əksini görürük. Belə ki, Azərbaycan Ordusu ard-arda texniki imkanlarla əldə olunan kəşfiyyat materiallarını paylaşaraq, qanunsuz erməni hərbi birləşmələrinin kolon şəklində, gizli yollarla, daha dəqiq desək, Xankəndi-Xəlfəli-Turşsu yolu ilə irəliləməsini, hərbi yük və hərbi nəqliyyat avtomobillərinin, təminat maşınlarının keçidini nümayiş etdirərək xəbərdarlıq edib. 

Məsələnin ən maraqlı tərəfi isə, qarşıdadır... 

Bəli, gələn erməni kalonunun təhlükəsizliyini təmin etmək üçün, həmin hərbi kalonu Rusiya sülhməramlı kontingentinin, üzərində Rusiya bayrağı dalğalanan “ZTR-82 a” zirehli transpartyorları, “Tiger” zirehli patrul avtomobilləri müşayiət edir və bu bir dəfə baş vermir. Demək olar ki, hər həftə belə hallar yaşanır. 

Deməli dünən baş verən təxribatda erməni hərbi ünsürlərinin nə qədər günahı varsa, bir o qədər də, Rusiya sülhməramlı qüvvələri günahkardır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlərlə bəyanat yayaraq bildirib ki, “Əgər Rusiya Sülhməramlı Kontingenti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, Azərbaycan ordusu dəstək verməyə hazırdır”. 

Hazırda İrəvanda və Xankəndidə vəziyyət ürəkaçan deyil. Erməni əhali sürətlə Qarabağı, xüsusi ilə Xankəndini tərk edərək, paytaxt İrəvana üz tutur. Bu da, paytaxtda yaşayan əhalini narahat edir.Çünki onsuzda inflyasiya və devalvasiya içərisində yaşayan erməni xalqı, çarəsiz durumdadır. Xarici yardımlarla ayaq üstə qalmağa çalışan iqtisadiyyat çökdükcə çökür. 

Elə Qarabağda daimi gərginlik yaratmağa çalışan Ermənistan  hökumətinin əsas məqsədi də, əhalinin fikrini yayındırmaq, xalqda “hələ heçnə bitməyib” düşüncəsini formalaşdırmaqdır. 


Mirzə Altay, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO