Ermənilər

Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı

Hazırda oxunan: Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
141542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən "Laçın" sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi zamanı həyata keçirilib. Atəşin üzbəüz yerləşən erməni postundan açıldığı deyilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Caliber Telegram kanalı yayıb.
Mənbə yazır ki, nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Bu dəhşətli hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. 

Azərbaycanın "Laçın" sərhəd-keçid məntəqəsini qorumaq üçün kifayət qədər resursları var.

Amma görünən odur ki, sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni ciddi narahat edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO