Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO

Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO
141291
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara Mərkəz haqqında məlumat verib. 

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi həssas əhali qruplarından olan şəxslər, o cümlədən şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etmək, onlara sosial-psixoloji dəstək göstərməkdir.

Təxminən ilyarım əvvəl yaradılan Mərkəzdə hazırda 14 istiqamət üzrə 180-dən çox benefisiarın təlim aldığı diqqətə çatdırılıb. 

Qonaqlar Mərkəzdəki audio-səsyazma, floristika və landşaft dizaynı, metal və ağac üzərində oyma, xalçaçılıq, toxuma və tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olublar. 
Azərbaycan və Türkiyənin birinci xanımları Mərkəzin təlimçiləri və təlim alanlarının, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, onlarla şəkil çəkdiriblər. 

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

*** 17:48

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.
 


Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 1
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 2
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 3
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 4
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 5
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 6
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 7
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 8
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 9
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 10
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 11
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 12
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 13
Azərbaycanın və Türkiyənin birinci xanımları DOST Mərkəzində - YENİLƏNİB - FOTO/VİDEO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO