İlham Əliyev Zəngilanda inzibati binanın təməlini qoydu - FOTO/VİDEO-YENİLƏNİB 

İlham Əliyev Zəngilanda inzibati binanın təməlini qoydu - FOTO/VİDEO-YENİLƏNİB 

Hazırda oxunan: İlham Əliyev Zəngilanda inzibati binanın təməlini qoydu - FOTO/VİDEO-YENİLƏNİB 

134297

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi. 

Bildirilib ki, inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir.

Bu ərazi əsas ictimai obyektlərə, təhsil müəssisələrinə, peşə məktəbinə, memorial parka və məscidə yaxındır. 

Qeyd olundu ki, üçmərtəbəli bina quruluşuna görə şəhərin müxtəlif yerlərindən görünə biləcək. İnzibati binanın daxili atrium quruluşda layihələndirilib. Binanın ardıcıl quruluşu isə iki hissəni birləşdirir. İnzibati binanın külək turbinləri şəklində olan fasad strukturu damın kənarı boyunca düzülüb. Dam örtüyü günəş panelləri ilə əhatə olunur. Damın quruluşu binanın daxilinin təbii işıqlanmasına imkan verir və böyük tədbirlərin keçirilməsi üçün əlavə yer imkanı yaradır. 

Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi binada müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri yaradılacaq.

İnzibati binanın ətrafında müxtəlif istirahət məkanları və iaşə obyektləri fəaliyyət göstərəcək. 

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu. 

13.34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində inzibati binanın təməlini qoyub.

Bizim.Media 
 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO