İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI

İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI

Hazırda oxunan: İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI

128886

Xəbər verdiyimiz kimi, İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Burada Tehran guya ki, Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib.

İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edib. Bundan əlavə, İran medianın bu “əxlaqsız”lığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edib.

Azərbaycan Xarici işlər Nazirliyi isə İranın bu notasına cavab olaraq bildirib ki, İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanlar obyektivliyi əks etdirmir. 

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.
Görünən odur ki, daim Azərbaycan barədə qərəzli materiallar yazan İran mətbuatı öz gözündəki tiri görməyərək, ləkəni başqa yerdə axtarır.  

Bəs, Azərbaycan mediasını qərəzlilikdə ittiham edən İranın mediası ölkəmizi necə hədəfə alıb.

Jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyevin fikrincə, İran mediasının Azərbaycan mətbuatını qərəzlilikdə ittiham etməsinin arxasında bu ölkənin yuxarı dairələrindən gələn siyasi sifarişlər dayanır: 

“Bu uzun illər davam edən bir prosesdir. Hətta 15 il bundan əvvəl İran televiziyaları xüsusən də cənub rayonlarımızda Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyümüzə qarşı geniş təbliğat aparırdılar. Hazırda isə İranın qərəzli hərəkətinin daha pis təzahürü ilə üzləşmişik. 
İran mediasının Azərbaycan mediasına qarşı qərəzli fəaliyyəti təbii ki, yuxarıdan, siyasi səviyyədə gələn tezislər əsasında həyata keçirilir. Yəni, bunlar İran mediasının öz seçimi deyil. İranda mediaya dövlətin təsiri çox güclüdür. Onun nəticəsi olaraq da, ardıcıl surətdə bu kimi ideoloji dalğaları üzərimizdə hiss edirik”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO