Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib” - VİDEO 

Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib” - VİDEO 

Hazırda oxunan: Hikmət Hacıyev: “Qlobal Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib” - VİDEO 
124897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

“Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Təhlükəsizlik Konfransında daha çox Avro-Atlantik miqyasda təhlükəsizlik məsələləri öndə dayanır. Ancaq burada çox fərqli baxış var. Burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur”, - H.Hacıyev deyib.
Qeyd edilib ki, "Qafqazın Davosu kimi tanınan 10-cu Qlobal Bakı Forumu 2-ci gün panelləri ilə davam edib. Martın 9-da işə başlayan 10-cu Qlobal Bakı Forumu üçüncü gün sessiyaları ilə yekunlaşacaq.

Qlobal Bakı Forumu 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO