Dekabrın 10-da Təbrizdə Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyası keçirilməsi ölkə mətbuatında da geniş müzakirələrə səbəb olub. İran mətbuatında yayılan məlumata görə, aksiyada etirazçılar Nardaran olaylarına, “Nardaranda şiələrin öldürülməsinə”x9d , həmçinin “Azərbaycanda İslam şəriətinin icra olunmamasına”x9d etiraz edib, Azərbaycanda dünyəvi qanunların qaldırılmasını istəyiblər.
Onlarca etirazçı əllərində “Nardaran şəhidləri”x9d kimi plakatlarla Azərbaycan hökumətini ittiham edib. Məlumata görə, aksiyada 100-ə yaxın etirazçı iştirak edib və onlar əsasən “Bəsic”x9d təşkilatının üzvləri, dini mədrəsələrin tələbələri olub. Məlumatlarda etirazçıların aksiyanın sonunda konsulluğun qarşısında “ibadət edib, matəm keçirdikləri”x9d, bəyanat yayaraq Azərbaycanda üzdəniraq “islama zidd”x9d hərəkətlərə son qoyulması və Nardaran hadisəsində tutulub həbs edilənlərin azadlığa buraxılması tələb edildiyi də yer alıb.
Güney Azərbaycandan olan milli fəallar və milliyyətçi saytlar isə bunu İranın Azərbaycan dövlətinin daxili işlərinə qarışması və məkrli niyyət kimi dəyərləndiriblər.
Qeyd edək ki, konsulluq önündə keçirilən etirazlara qədər İranın bir sıra siyasi və dini liderləri Nardaran olayı ilə bağlı qərəzli, təxribat xarakterli çıxışıları ilə gündəmə gəlmişdilər. O cümlədən İran parlamentinin üzvü Mənsur Həqiqətpur Azərbaycanı “Nardaranda dindarları sıxışdırmaqda və repressiyalara məruz qoymaqda”x9d ittiham edərək Nardaran sakinlərini Azərbaycan dövlətinə qarşı açıq çağırışlar eləmiş, Təbrizdə keçirilən cümə namazına rəhbərlik edən ayətullah Mohammad Mojtahed Şabestari “Azərbaycan təhlükəsizlik qüvvələrinin Nardarandakı hərəkətləri qəbuledilməz olduğunu”x9d, İranın Şərqi Azərbaycan əyalətinin Sərab şəhərinin dini lideri Əli Əkbər Əkrəmi isə “Əgər İran olmasaydı, Azərbaycan bu gün sadəcə, mövcud olmazdı”x9d kimi mürtəce fikirlər səsləndirmişdilər. Ötən günlərdə isə Ərdəbil şəhərinin küçələrinin birində polisə silahlı müqavimət göstərərkən öldürülən nardaranlılara həsr olunmuş “əzabkeş şəhidlər”x9d adlı banner asılmışdı.
Məsələ ilə bağlı danışan deputatı Fərəc Quliyev olaya bu cür şərh verdi: “Burda dinlə bağlı heç bir məsələ yoxdur, bunu artıq Azərbaycan cəmiyyəti də qəbul edib. O cümlədən Nardaran əhalisinə də heç bir aidiyyəti yoxdur. Nardaran da daxil olmaqla, ətraf kəndlərdə dindar insanlar yaşayır və onlar azad şəkildə öz ibadətlərini edirlər. Buna kim nə deyir ki? Sadəcə, dini və dövləti qarşı-qarşıya qoymaq üçün bir qrup adamlardan istifadə olunub. Bu da İran tərəfinin roludur. İranın ayətullahları, deputatları Azərbaycan əleyhinə məntiqsiz sözlər danışır, fitvalar verirlər. İlk növbədə bu Azərbaycanın daxili işinə qarışmaqdır. Digər tərəfdən bildirilir ki, həmin aksiyada azərbaycanlılar da iştirak ediblər. O ölkənin başında dayanan da azərbaycanlıdır. Əgər onlar özlərini azərbaycanlı saymır, özlərini türk hesab etmirlərsə, qafalarında fars düşüncəsi yerləşibsə bu cür hallar gözləniləndir və təəccüblü deyil”x9d.
Deputatın sözlərinə görə, İran hər zaman mətbuatda və telekanallarında, davranışlarında Azərbaycana qarşı olub, onun düşmənləri ilə dostluq əlaqələri qurub: “İran bəzi gənclərimizi yoldan çıxartmaqla, müxtəlif üsullarla aldatmaqla Azərbaycana qarşı qoyub, ölkəmizdə terror hadisələri törətməyə çalışıb, ərazimizdən nüvə komponentləri keçirmək istəyib və bunun qarşısı alınıb, ölkəmizə qarşı hətta ərazi iddialarında olub. İran Azərbaycanın inkişaf edərək güclənməsini istəmir, çünki düşünür ki, Quzey Azərbaycan inkişaf etdikcə Güney Azərbaycan üçün stimula çevrilə və orda milliyyətçilik uğrunda aktivləşmə genişlənə bilər”x9d.
Deputat qeyd etdi ki, Azərbaycan ictimaiyyəti, xüsusən də partiya nümayəndələri, tanımış ziyalılar tərəfindən bu məsələyə konkret və birmənalı qiymət verilməli, hadisələr olduğu kimi çatdırılmalıdır: “Doğrudur, dövlət tərəfindən bəzi məsələlər barəsində mövqe bildirməkdə çətinliklər var, bölgədə hazırda çox həssas məqam yaranıb. Suriyada, İraqda baş verənlər, Rusiya-Türkiyə münasibəti və s. bunlar anlaşılandır. Lakin biz nə qədər onların qarşısında geri çəkilməliyik, onlar necə müsəlmanlardır? Dörd nəfərin öldürlüməsinə görə səs-küy qaldırırlar. Xəbərləri yoxdurmu ki, 4 minə yaxın azərbaycanlı qız-gəlin əsir götürülüb, bir milyon insanın torpaqları, mülkləri qəsb olunub. Girov götürülən Dilqəm və başqalarının məhkəmələrini izləyiblərmi? Bəs niyə bunlara münasibət bildirilrmir? Halbuki, tez-tez fitva verirlər ki, ümmətin hamısı bərabərdir. Bu gün zindanlarda xeyli sayda azərbaycanlı milli fəallar məhv olub gedir. Onların hüquqları barəsində niyə danışmırlar? Urmiya gölü ətrafında çoxlu sayda azərbaycanlı yurdsuz-yuvasız qoyuldu, bundan niyə söz açılmır? Bütün bunlar İranın Azərbaycana qarşı qərəzli siyasətinin təzahürüdür. İran öz mahiyyətini ortaya qoyduqca Azərbaycan sevdalıları milliyətçilik uğrunda daha fəal şəkildə mübarizə aparacaq”x9d.
Xalidə Gəray,
Tahir Seyidov






































































































