“TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq” - Prezident

“TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq” - Prezident

Hazırda oxunan: “TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq” - Prezident

106312

“Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin artırılması üçün mümkün olanı edir. Biz enerji daşıyıcılarının təchizatının artırılması üçün əlimizdən gələni edirik”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır” - Prezident


“TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə məlumdur, lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir”, - deyə dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO