1-ci Qarabağ müharibəsində əsir götürülən 40 qadınımızdan xəbər yoxdur - RƏSMİ

1-ci Qarabağ müharibəsində əsir götürülən 40 qadınımızdan xəbər yoxdur - RƏSMİ

Hazırda oxunan: 1-ci Qarabağ müharibəsində əsir götürülən 40 qadınımızdan xəbər yoxdur - RƏSMİ
100086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.

O bildirib ki, bir müddət sonra həmin şəxslərdən bəziləri Azərbaycan tərəfə təhvil verilsə də, onların sağlamlığına ciddi problemlər olub.

Əsir götürülən 40 nəfər qadından bu gün də xəbər yoxdur, onların meyitləri də Azərbaycana təhvil verilməyib.

Birinci Qarabağ müharibəsində Ermənistan əsir götürdüyü Azərbaycan hərbçilərini də işgəncələrlə qətlə yetirib, onların da meyitlərini təhvil verməyib. Bu gün Azərbaycan azad olunan ərazilərdə bu cür faktlar aşkarlayır. Ermənilər hərbi əsirlərin qaytarılmaması ilə Cenevrə Konvensiyasının da maddələrini pozub. Bu, beynəlxalq insan haqlarının pozulması, müharibə cinayətləridir".
T.Musayev deyib ki, Ermənistan Azərbaycana qarşı bu cinayətləri terror siyasəti ilə həyata keçirib.

Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı araşdırmalar aparmalı olduğu halda bunu etmir, bu istiqamətdə heç bir addım atmır. Minalanmış sahələrin dəqiq xəritəsini verməkdən imtina edir, mülki şəxsləri hədəfə almağa davam edir, insanların yurd-yuvalarına qayıtmasına mane olur. Bu da beynəlxalq hüququn pozulmasıdır", - T.Musayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO