İbrahim Kalın: “Türkiyə Avropanı qazla təmin etməyə hazırdır”

İbrahim Kalın: “Türkiyə Avropanı qazla təmin etməyə hazırdır”

Hazırda oxunan: İbrahim Kalın: “Türkiyə Avropanı qazla təmin etməyə hazırdır”

74603

Türkiyə Rusiyadan tədarükə alternativ olaraq Şərqi Aralıq dənizindən Avropaya qaz göndərməyə hazır olduğunu bir daha bəyan edib. 

Bizim.Media xəbər verir ki, bunu Reuters agentliyinə müsahibəsində respublika prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Rusiyanın mavi yanacağına əsas alternativlərdən biri Şərqi Aralıq dənizindən gələn qazdır. Türkiyə bu məsələdə kömək etməyə və bu prosesin bir parçası olmağa hazırdır.

Biz bu fikrə açığıq. Mütəxəssislər Şərqi Aralıq dənizindən qaz nəqli üçün ən uyğun marşrutun Türkiyə üzərindən keçdiyini bildirirlər. Bizim Ceyhana gələn qaz kəmərimiz var və biz qazı buradan Avropa paytaxtlarına nəql edə bilərik”. Türkiyənin “Sözcü” qəzeti Kalının dediklərindən sitat gətitib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO