Paşinyan prokurorluqda dindiriləcək – SƏBƏB BUDUR

Hazırda oxunan: Paşinyan prokurorluqda dindiriləcək – SƏBƏB BUDUR

73988

Bu gün Ermənistanın İstintaq Komitəsində İkinci Qarabağ müharibəsi zamanı həlak olan əsgərlərin valideynləri dindirilib. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, vəkil Vaan Ovannisyan jurnalistlərə açıqlamasında hərbçilərin yaxınlarının xahişinin təmin olunduğunu, baş prokurorun baş nazir Nikol Paşinyanın dindirilmək üçün çağırılması barədə göstəriş verdiyini deyib.

“Nə vaxt dindiriləcəyi hələ bəlli deyil. Hadisələrin gedişatı müstəntiq tərəfindən müəyyən edilir. Prokuror 27 nəfəri zərərçəkmiş kimi tanıyıb”, - deyə V.Ovannisyan bildirib.

Əsgər atalarından biri jurnalistlərə müsahibəsində deyib ki, Komitədə dindirilərkən baş nazirin təqsirləndirilən şəxs qismində gətirilməsini tələb edib. Oxşar fikri mərhumun başqa bir qohumu da səsləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO