Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

640430

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində qeydə alınıb.

Belə ki, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib.
 

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunublar. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa müddət davam edən danışıqlardan sonra şəxs saxlanılıb.


Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayəti törədən şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO