Gürcüstan əcnəbilərin ali məktəblərə imtahansız qəbuluna icazə verdi

Gürcüstan əcnəbilərin ali məktəblərə imtahansız qəbuluna icazə verdi

Hazırda oxunan: Gürcüstan əcnəbilərin ali məktəblərə imtahansız qəbuluna icazə verdi

636361

Gürcüstan hökuməti xarici vətəndaşların ölkənin ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı yeni qaydalar təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Yeni qərara əsasən, əcnəbilər bakalavriat və magistratura proqramlarına milli və vahid imtahanlar vermədən daxil ola biləcəklər. Lakin bunun müqabilində dil biliklərinin təsdiqi ilə bağlı tələblər sərtləşdirilib.
 

2027–2028-ci tədris ilindən etibarən tələbələr beynəlxalq sertifikat təqdim etməli və ya imtahan verməli olacaqlar (bakalavriat və tibb proqramları üçün B1, magistratura üçün B2 səviyyəsi tələb olunacaq).


Bundan əlavə, yeni qaydalar tələbənin akademik göstəriciləri ilə onun ölkədəqalma hüququnu birbaşa əlaqələndirir: əgər tələbə tədris ili ərzində maksimum kreditlərin üçdə birindən çoxunu toplaya bilməzsə, universitet onun statusunu dayandırmalı və bu, onun vizasının və ya yaşayış icazəsinin ləğvinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO