Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.
Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.
Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.
Bizim.Media





































































































