Ermənistanda genişmiqyaslı əməliyyat: Çarukyanın evində də axtarış aparılır

Ermənistanda genişmiqyaslı əməliyyat: Çarukyanın evində də axtarış aparılır

Hazırda oxunan: Ermənistanda genişmiqyaslı əməliyyat: Çarukyanın evində də axtarış aparılır

623552

Ermənistan İstintaq Komitəsi respublikada onlarla cinayət işi çərçivəsində 70-dən çox ünvanda eyni vaxtda axtarış tədbirləri həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Qurumdan bildirilib ki, axtarışlar "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyanın evi və ona məxsus onlarla şirkətdə aparılır.

Mətbuatda yayılan məlumatlara görə, istintaq hərəkətləri çirkli pulların yuyulması və vergidən yayınma maddələri ilə başlanmış cinayət işləri çərçivəsində icra olunur. Lakin İstintaq Komitəsi hələlik bu barədə rəsmi açıqlama verməyib.
 

Qeyd edək ki, bu gün – iyulun 6-sı səhər saatlarında Qaqik Çarukyanın evində axtarışa başlanılıb. Onun mətbuat katibi İveta Tonoyan bildirib ki, genişmiqyaslı axtarışlar həmçinin “Multi Qrup” konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də həmin təşkilatların rəhbərlərinin mənzillərində həyata keçirilir.


İstintaq Komitəsi məsələ ilə bağlı qısa şərh verib:

“Cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlər aparılır. Əlavə məlumat daha sonra veriləcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Baş Prokurorluğu Qaqik Çarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına vəsatət göndərib, lakin həmin vəsatət hələlik baxılmamış qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO