İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

Hazırda oxunan: İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü
622318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın qərb bölgəsində silahlı insident qeydə alınıb. Ölkənin Kirmanşah əyalətində baş verən atışma nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - Silahlı Qüvvələrin elitar bölməsi) iki hərbçisi həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatını İranın İRIB dövlət teleradio şirkəti yayıb.

Məlumata görə, hadisə Kirmanşah əyalətinin Pavə şəhərində qeydə alınıb. Çərşənbə axşamına keçən gecə baş verən silahlı hücum nəticəsində iki hərbi qulluqçu qətlə yetirilib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İslam İnqilabı Keşikçiləri Korpusu baş verən silahlı qarşıdurmanı terror hücumu kimi qiymətləndirib.

Hazırda hadisənin təfərrüatları və silahlı hücumun hansı qruplaşma tərəfindən törədildiyi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO