Böyük Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar ənənəvi olaraq Volqoqradın əsas avtomobil magistrallarındakı giriş göstəriciləri müvəqqəti olaraq "Stalinqrad" tarixi adı ilə əvəzlənib.
Bizim.Media xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.
Bazar günü, iyunun 21-də fəhlələr vilayət mərkəzinin sərhədlərindəki məlumat lövhələrini yeniləyiblər. Yol nişanlarının dəyişdirilməsi anım gününün ərəfəsində baş tutub.
Yerli dumanın qərarına əsasən, şəhərə tarixi adı ildə doqquz dəfə müvəqqəti olaraq qaytarılır. Bu ənənə Böyük Vətən müharibəsi dövrünün ən mühüm hadisələrinə həsr olunub.
Şəhərin girişindəki yol göstəriciləri bu tarixlərdə dəyişdirilir:
2 və 23 fevral
8 və 9 may
22 iyun (Anım və Kədər Günü)
23 avqust
2 və 3 sentyabr
19 noyabr
9 dekabr
İlk dəfə bu təşəbbüs 19 noyabr 2022-ci ildə, faşist qoşunlarının darmadağın edilməsinin başlanmasının ildönümü şərəfinə reallaşdırılıb.
"Vzqlyad" qəzetinin daha əvvəl yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin şəhərin adının daimi olaraq dəyişdirilməsi məsələsində yerli sakinlərin rəyinin mütləq nəzərə alınmalı olduğunu bildirib.
Bundan əvvəl Rusiyanın "Rusiya Veteranları"ctimai hərəkatı şəhərə daimi olaraq tarixi adın qaytarılması xahişi ilə rəsmi orqanlara müraciət ünvanlayıb. Qeyd edək ki, ötən ilin aprelində ölkə başçısı Volqoqradın beynəlxalq hava limanına "Stalinqrad" adının verilməsini rəsmən təsdiqləmişdi.
Bizim.Media




























































































