Batareyanı konfet bilərək uddu — 4 yaşlı uşağın mədəsində yanıq yarandı

Batareyanı konfet bilərək uddu — 4 yaşlı uşağın mədəsində yanıq yarandı

Hazırda oxunan: Batareyanı konfet bilərək uddu — 4 yaşlı uşağın mədəsində yanıq yarandı

615853

İstanbulda 4 yaşlı uşağın parkda tapdığı kiçik düymə batareyanı konfet zənn edərək udması faciənin astanasından döndərib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaq bağçasından çıxdıqdan sonra anası ilə parka gedən azyaşlı yerdə gördüyü batareyanı ağzına atıb.

Bir müddət sonra uşaqda kəskin qarın ağrısı və qusma simptomları başlayıb. Təcili olaraq xəstəxanaya çatdırılan azyaşlının müayinəsi zamanı onun məhz yad cisim (batareya) udduğu məlum olub. Həkimlər batareyanın həzm sistemində hərəkət etdiyini müəyyən edərək uşağı ciddi nəzarətə götürüblər.
 

Məlum olub ki, kimyəvi reaksiya nəticəsində uşağın mədəsində artıq yanıq xəsarəti əmələ gəlib. Təxminən 30 saatlıq fasiləsiz həkim müşahidəsindən sonra batareya təbii yolla orqanizmdən xaric olub.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə kiçik ölçülü düymə batareyaları uşaqların orqanizmində ağır daxili yanıqlara, kimyəvi zəhərlənməyə, hətta ölümə yol aça bilər. Valideynlərə uşaqların əlçatan yerlərində bu cür təhlükəli əşyaları saxlamamaq və parklarda onları nəzarətsiz qoymamaq tövsiyə olunur.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO