İranda beynəlxalq internetə çıxış qismən bərpa olunub

İranda beynəlxalq internetə çıxış qismən bərpa olunub

Hazırda oxunan: İranda beynəlxalq internetə çıxış qismən bərpa olunub

615641

Ölkənin qlobal şəbəkədən demək olar ki, tamamilə təcrid olunmasından sonra İranda beynəlxalq internetə qoşulma qismən bərpa olunur.

Bizim.Media xəbər verir ki, bu barədə internetin monitorinqi xidməti "NetBlocks" məlumat yayıb.

Təşkilatın məlumatına görə, internetə qoşulmanın bərpası şəbəkənin söndürülməsindən 88 gün sonra başlayıb.

"NetBlocks" qeyd edib ki, ölkə 2093 saat demək olar ki, internetdən tam təcrid olunub və bu, müasir tarixdə ən uzunmüddətli internet kəsintisi olub.

Qeyd edək ki, ABŞ və İsrailin 28 fevralda başlayan hava hücumlarından sonra İranda internetə çıxış kəsilib. İran hakimiyyəti məhdudiyyətləri nəzarət, casusluq və kiberhücumların qarşısını almaq üçün zəruri hesab edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO