Moskva və Pekindən birgə bəyanat: “Ukraynada sülhün bərqərar olmasını dəstəkləyirik”

Moskva və Pekindən birgə bəyanat: “Ukraynada sülhün bərqərar olmasını dəstəkləyirik”

Hazırda oxunan: Moskva və Pekindən birgə bəyanat: “Ukraynada sülhün bərqərar olmasını dəstəkləyirik”

614326

Rusiya və Çin Ukrayna böhranının nizamlanması və regionda davamlı sülhün bərqərar olması ideyasını dəstəklədiklərini ifadə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə iki ölkə liderinin danışıqlarının yekunlarına dair qəbul edilmiş birgə bəyanatda bildirilir.

Sənəddən irəli gələn əsas tezislər aşağıdakılardır:

Münasibətlərin xarakteri: Moskva və Pekin bəyan ediblər ki, iki ölkə arasındakı əlaqələr digər dövlətlərə qarşı yönəlmiş hərbi-siyasi blok xarakteri daşımır.

Yaxın Şərqdəki vəziyyət: ABŞ və İsrailin Yaxın Şərq regionuna endirdiyi zərbələr beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib və bu addımların qlobal sabitliyə ciddi zərbə vurduğu vurğulanıb.
 

Qlobal təhlükəsizlik və "Cəngəllik qanunları": Rusiya və ÇXR dünyanın fraqmentasiyası (parçalanması) və beynəlxalq münasibətlərdə yenidən birtərəfli "cəngəllik qanunları"na qayıdış təhlükəsinə diqqət çəkiblər.


ABŞ-ın "Qızıl qübbə" layihəsi: Tərəflər ABŞ-ın orbitdə qırıcı komplekslər yerləşdirməyi nəzərdə tutan genişmiqyaslı "Qızıl qübbə" (Golden Dome) qlobal raketdən müdafiə proqramının beynəlxalq təhlükəsizlik üçün kəskin mənfi fəsadlar doğurduğunu və kosmosu silahlanma arenasına çevirdiyini qeyd ediblər.

Çoxqütblü dünya nizamı: XXI əsrdə beynəlxalq münasibətlər sisteminin qəti şəkildə polisentrikliyə (çoxmərkəzliliyə) keçdiyi vurğulanıb.

Əlaqələrin zirvəsi: Rusiya-Çin strateji tərəfdaşlığının tarixin ən yüksək səviyyəsinə çatdığı və ardıcıl şəkildə inkişaf etməkdə davam etdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO