İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

Hazırda oxunan: İran ABŞ-a 14 maddəlik təklif göndərib – “Tasnim”

613968

Tehran ABŞ-a Pakistan vasitəsilə yenilənmiş 14 maddəlik təklif təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə mənbəyə istinadən “Tasnim News” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ daha öncə İranın əvvəlki 14 maddəlik layihəsinə cavab verib və bundan sonra Tehran sənədə düzəliş edərək yeni versiyanı hazırlayıb.
 

Agentlik iddia edir ki, yeni sənəd münaqişənin sona çatmasına və ABŞ tərəfindən etimadın artırılması tədbirlərinə yönəlib.


Daha öncə “Reuters” agentliyi Pakistan rəsmisinə istinadən İslamabadın dünən ABŞ-a İranın yenidən işlənmiş təklifini təqdim etdiyini yazmışdı.

Vaşinqtondan məsələ ilə bağlı rəsmi cavab verilməyib. ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın əvvəlki planını “bəyənmədiyini” və “kənara qoyduğunu” bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO