Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Hazırda oxunan: Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

612130

Aydında buğa hücumunda ölən şəxsin dəfnində diqqətçəkən hadisə yaşanıb.

Türkiyənin Aydın vilayətinin İncirliova rayonunda buğa hücumu nəticəsində həyatını itirən 64 yaşlı Mevlüt Bacaksız son mənzilə yola salınıb.

Bizim.Media xəbər verir ki, mərhum üçün bu gün Çarşı məscidində cümə namazından sonra cənazə namazı qılınıb.

Mərasim zamanı imam izdihamdan halallıq istəyərkən, kütlə arasından bir nəfər “Haqqımı halal etmirəm” deyə qışqırıb.

Bu an mərasimin ön sıralarında olan yaxınları geriyə dönərək səsin gəldiyi istiqamətə baxıblar. İmam həmin şəxsdən səbəbi soruşsa da, cavab ala bilməyib.

Reaksiyalardan sonra halallıq vermədiyini bildirən şəxs ərazidən uzaqlaşıb. Daha sonra Mevlüt Bacaksızın cənazəsi çiyinlərdə daşınaraq İncirliova Asri qəbiristanlığında torpağa tapşırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO