Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

Hazırda oxunan: Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu YÜK GƏMİSİ BATDI

611510

Egey dənizində Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət ekipajın olduğu yük gəmisi batıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası ERT məlumat yayıb.

Vanuatu bayrağı altında üzən yük gəmisi Yunanıstanın Andros adası yaxınlığında qayalıq əraziyə oturub. Gəmi Albaniyadan Ukraynaya təxminən 8 min ton kalsiumlaşdırılmış soda daşıyırmış.
 

Qayalara çırpıldıqdan sonra gəminin gövdəsi ciddi zədələnib. Nəticədə su sürətlə içəri dolmağa başlayıb və gəmi qısa müddət sonra batıb. Gəmidə 9 ekipaj üzvü olub. Onlardan 8-i Türkiyə, 1-i isə Azərbaycan vətəndaşıdır.


Yunanıstan Sahil Mühafizəsi, Hərbi Hava Qüvvələrinə məxsus helikopter və yaxınlıqdan keçən gəmilərin iştirakı ilə keçirilən xilasetmə əməliyyatı nəticəsində bütün dənizçilər xilas edilib.

İki nəfər patrul katerləri tərəfindən sudan çıxarılıb. Digər ekipaj üzvləri isə qayalıqlara sığınıb və daha sonra təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yunanıstan hakimiyyəti qəzanın səbəblərini, o cümlədən gəminin kursdan çıxması və qayalara çırpılması hallarını araşdırır.

Mütəxəssislər naviqasiya məlumatlarını və ekipaj üzvlərinin ifadələrini öyrənirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO