Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi təyin edildi - RƏSMİ

Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi təyin edildi - RƏSMİ

Hazırda oxunan: Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi təyin edildi - RƏSMİ

54757

Serdar Kılıç rəsmən Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi təyin edilib.

Bizim.Media xəbər verir ki, fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Onun təyinatında məqsəd Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaqdır.

Qeyd edək ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü baş tutacaq.

Xatırladaq ki, Serdar Kılıç 28 mart 1958-ci ildə Samsunda dünyaya gəlib. 1980-ci ildə TED Ankara Kollecini və Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1984-cü ildə Xarici İşlər Nazirliyində işə başlayıb,  müxtəlif diplomatik missiyalarda işləyib. 

2008-2010-cu illərdə Beyrut, 2012-2014-cü illərdə Tokio səfirliklərində çalışıb. 2014-2021-ci illərdə isə Türkiyənin Vaşinqtondakı səfiri olub. 

Prezidentin 23 fevral 2021-ci il tarixli fərmanı ilə Türkiyəyə  qayıdıb. 15 dekabr 2021-ci ildə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında başladılan normallaşma prosesi çərçivəsində Kılıçın xüsusi nümayəndə təyin edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO