Patriarx Kirill: “Azərbaycan və Ermənistan liderlərinin bugünkü dialoqu hamı üçün nümunəvi olacaq” - VİDEO

Hazırda oxunan: Patriarx Kirill: “Azərbaycan və Ermənistan liderlərinin bugünkü dialoqu hamı üçün nümunəvi olacaq” - VİDEO

41416

“İnanıram ki, Azərbaycan və Ermənistan dini liderlərinin nüfuzu insanların təfəkkürünə müsbət təsir göstərəcək və təkcə bugünkü görüş və dialoq faktı hamı üçün nümunəvi olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünü açarkən bildirib.

Görüş zamanı Patriarx Kirill Azərbaycan və Ermənistan dini liderlərinin Rusiya paytaxtına səfər etməsini yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada 3 ölkənin dini liderləri görüşdü – Jurnalistlər zala buraxılmadı


O, bu görüşün regiondakı çoxsaylı məsələlərin həllinə böyük töhfə verəcəyini qeyd edib.

“Bu gün biz Azərbaycan və Ermənistan xalqlarının cəlb olunduğu çoxillik Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması problemini müzakirə etmək üçün bir araya gəlmişik. Təxminən, 30 ildir biz - dini liderlər bu faciəvi qarşıdurmanı yumşaltmaq üçün çalışırıq. Moskvaya səfər etməyə və danışıqlar masası arxasında oturmağa hazır olduqlarına görə minnətdarlığımı bildirirəm”, - patriarx bidlirib. 

Kirill bu görüş zamanı qədim Qafqaz torpağında dayanıqlı və uzunömürlü sülhün əldə olunmasına kömək edəcək anlaşmanın əldə edilməsinə ümidvar olduğunu bildirib. 

Xatırladaq ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Dünən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO