Xankəndində Rusiyanın Xüsusi Təyinatlı Tibbi Hissəsi səhiyyə xidmətinə başlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama edib.
Nazirliyin məlumatına görə, Xankəndindəki Xüsusi Təyinatlı Tibbi Hissə ilk xəstələrin qəbulunu keçirib. Bildirilib ki, təxminən 70 sakin Rusiya Müdafiə Nazirliyinin tibbi hissənin mütəxəssislərindən yardım istəyib.
Onların şikayətləri isə əsasən ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsi ilə əlaqəli olub.
Qeyd edək ki, heyətin tərkibinə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 100-dən çox hərbi tibb mütəxəssisi var.
Bizim.Media

- A-
- A
- A+
Region
10:08 / 02.12.2020
Xankəndində Rusiyanın Xüsusi Təyinatlı Tibbi Hissəsi fəaliyyətə başlayıb
Hazırda oxunan: Xankəndində Rusiyanın Xüsusi Təyinatlı Tibbi Hissəsi fəaliyyətə başlayıb
Hazırda oxunan: Xankəndində Rusiyanın Xüsusi Təyinatlı Tibbi Hissəsi fəaliyyətə başlayıb
4057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.