“İranın nüvə fizikası alimi Möhsün Fəxrizadənin öldürülməsi cavabsız qalmayacaq”.
Bizim.Media-nın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bunu İranın Müdafiə naziri Əmir Hatəmi söyəyib.
Nazirin sözlərinə görə, qətlin məqsədi cəmiyyətin birliyini pozmağa yönəldilib, ancaq sui-qəsdin arxasındakı insanlar istədiklərinə müvəffəq ola bilməyib:
"Düşmən yaxşı bilir və bir hərbçi kimi ona bu barədə söyləyirəm ki, İran xalqı ilə əlaqəli bir cinayət də, bir qətl də, bir də axmaq iş cavabsız qalmayacaq"- deyə Hatəmi qeyd edib.
Bizim.Media