Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Hazırda oxunan: Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

3535

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 168 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, gün ərzində 6814 nəfərdə koronavirus aşkarlanıb. 3911 xəstə isə sağalaraq evə buraxılıb.

Nazir hazırkı vəziyyəti acınacaqlı adlandırıb:

“Ağır xəstə sayımız 4641 nəfər olub. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir”.

Qeyd edək ki, Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO