Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Hazırda oxunan: Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”
271995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Nikol Paşinyan öz Facebook yazısında keçmiş üç prezident — Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryanı trollayıb, onları debatlara çağırıb, uşaqlarının və nəvələrinin 2018-ci ildən əvvəl Ermənistan xaricində harada olduğuna dair suallar səsləndirib.

Paşinyan keçmiş prezidentlərdən soruşub ki, əgər o, Ermənistanı müharibəyə sürükləyibsə, nə üçün onların vaxtında 2018-ci ildə və daha əvvəllər onların Ermənistanda və ya müharibə zonasında övlаdlаrı xidmət aparmayıb.

Sonda Paşinyan keçmiş prezidentləri debatlara çağırıb və onları bu suallara cavab verməyə çalışıb: “Harada idilər, nə işlə məşğul idilər?”.

Bizim.Media xəbər verir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın bu gün “Facebook”da paylaşdığı statusa münasibət bildirib:

“Günün mənası – axmaqların və ya özlərinə sərf edən anlarda elə görünənlərin psixologiyası haqqında:

«Heç vaxt axmaqlarla mübahisə etməyin, onlar sizi öz səviyyələrinə endirəcəklər və burada sizin qalib gəlmək şansınız ümumiyyətlə olmayacaq. Mark Tven”.

«Yalnız iki şey sonsuzdur – kainat və insan axmaqlığı. Amma birincisinə (kainata) o qədər də əmin deyiləm. Albert Eynşteyn.” (Mənbə: Aravot.am)

Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO