Koçaryanın “GALLUP” OYUNU – 2 aya nə dəyişdi?

Koçaryanın “GALLUP” OYUNU – 2 aya nə dəyişdi?

Hazırda oxunan: Koçaryanın “GALLUP” OYUNU – 2 aya nə dəyişdi?
24437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda yalançı sorğularla erməni seçicilərini tovlamaq istəyənlər artıb.

Bizim.Media erməni “Telegram” kanallarına (bagramyan26) istinadən xəbər verir ki, hazırda ermənistandakı yalançı sorğular yağışdan sonra artan göbələklərə bənzəyir. 

Sorğulardan ən çox yayılanı “MPG Gallup” təşkilatına aiddir ki, birliyin beynəlxalq səviyyədə tanınan “Gallup”a aidiyyatı yoxdur.

Oxşar cəhət sadəcə adlarıdır. Belə təşkilatların məqsədi əsl sorğuların nəticələrinə kölgə salmaqdır. Çünki Koçaryanın bloku Paşinyanın təmsil olunduğu cəbhəyə xeyli uduzur. 

Erməni “Gallup”unun yaydığı son uydurma sorğu rəqəmlərinə görə, ermənilər böyük üstünlüklə Koçaryanı dəstəkləyir və guya Robertin bloku yeni hökumətə başçılıq edəcək. Ən gülməlisi odur ki, bu statistikanı ictimailəşdirən təşkilatın (Gallup) iki ay əvvəlki sorğusunda Koçaryanın erməni əhali arasındakı nüfuzu 5.9% təşkil edirdi. Belə çıxır ki, 2 ay ərzində Koçaryanın reytinqi 4 dəfə artıb və 24.1%-ə çatıb.

Lakin Koçaryanın boş qalan zallarda seçicilərlə keçirdiyi görüşlər bunu deməyə əsas vermir. 

Guya özündə ictimai rəyi ehtiva edən belə yalançı sorğular vətəndaşlar arasında Koçaryan əhval-ruhiyyəsi yaratmağa hesablanıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO