Erməni general-polkovnik Qarabağdakı məğlubiyyətin ƏSAS SƏBƏBİNİ AÇIQLADI

Erməni general-polkovnik Qarabağdakı məğlubiyyətin ƏSAS SƏBƏBİNİ AÇIQLADI

Hazırda oxunan: Erməni general-polkovnik Qarabağdakı məğlubiyyətin ƏSAS SƏBƏBİNİ AÇIQLADI
23974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2-ci Qarabağ müharibəsində məğlubiyyətə səbəb olan əsas səhv ordunun heç vaxt tam döyüş hazırlığına gətirilməməsidir. 

Bizim.Media xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov Gorusda vətəndaşlarla görüşündə deyib.

"Dağlıq Qarabağın “Müdafiə Ordusu” tam döyüş hazırlığına gətirilsəydi, bütün mövqeləri və xətləri tutsaydı, kazarmada insanlar, parklardan texnikalar çıxarılsaydı, o zaman hər şey fərqli olardı", deyə o, qeyd edib.

Onun sözlərinə görə, Lələ Təpə yüksəkliyi istiqamətində zəif hazırlanmış əks hücum da doğru deyildi.

O, 1-ci ordu korpusunun döyüş əməliyyatlarında müharibə başladığı gündən iştirakını səhv adlandırıb. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin fikrincə, bu korpus ehtiyatda qalmalı idi.

Xaçaturov Ermənistanın hazırkı rəhbərliyinin müharibənin nəticələrinin əvvəlcədən müəyyənləşdirildiyi barədə fikirləri ilə razılaşmır. 

General-polkovnik hesab edir ki, son üç ildə zəifləmiş Ermənistan ordusu belə halda da qalib gələ bilərdi, ya da heç olmasa düşmənin irəliləməsini dayandırardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO