Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsi üçün Hindistanla DANIŞIQLAR APARIR

Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsi üçün Hindistanla DANIŞIQLAR APARIR

Hazırda oxunan: Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsi üçün Hindistanla DANIŞIQLAR APARIR
211485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) aviasiya korporasiyası ilə arsenalındakı Su-30 qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat yayıb.

Daha sonra isə dının çəkilməsini istəməyən Hindistan rəsmisi “Hindustan Times”a Ermənistanın Su-30-u HAL ilə təkmilləşdirməkdə maraqlı olduğunu təsdiqləyib.

Qeyd edək ki, HAL Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir. Hazırda Cənubi Asiya respublikası Rusiyadan gətirilənlər də daxil olmaqla, 270-ə yaxın belə maşınla silahlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO