Vladimir Solovyov Azərbaycanla bağlı geri addım atdı - VİDEO

Hazırda oxunan: Vladimir Solovyov Azərbaycanla bağlı geri addım atdı - VİDEO

184397

Rusiyalı teleaparıcı Vladimir Solovyov "Crocus"da törədilən terror aktında guya azərbaycanlının iştirakına eyham vurduğu təxribat xarakterli açıqlamalarına aydınlıq gətirməyə çalışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Solovyov live" proqramında danışıb.

"Maraqlıdır ki, məni hansısa milləti və ya ölkəni təhqir etməkdə günahlandırırlar. Bəli, o 4 qatil haqqında ilk məlumat çıxanda soyadlardan biri mənə azərbaycanlıya aid olduğu kimi  göründü. Erməni və ya qazax kimi də görünə bilərdi.

Mənim bütün millətlərin nümayəndələrinə münasibətim çox yaxşıdır. Mən sovet beynəlmiləlçisiyəm. Və dövlət xadimlərinə nəzər salsaq, demişəm ki, postsovet məkanında bir neçə görkəmli dövlət xadimi var. Ermənistan liderini (Nikol Paşinyan) onların arasında görmürəm. Belarus rəhbərinə (Aleksandr Lukaşenko) və Azərbaycan liderinə hörmət edirəm. İlham Əliyevlə görüşmüşəm və onun  haqqında çox yüksək fikirdəyəm", deyə o, qeyd edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO