İrəvan merinin müavini: Polis bölməsinə hücum terror aktıdır - FOTO

İrəvan merinin müavini: Polis bölməsinə hücum terror aktıdır - FOTO

Hazırda oxunan: İrəvan merinin müavini: Polis bölməsinə hücum terror aktıdır - FOTO

184060

Ermənistan İstintaq Komitəsi İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan feysbukda bildirib.

“İrəvanın Nor-Nork rayonunda polis bölməsində 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terrorçuluq maddəsi ilə cinayət işi açılıb”, – o qeyd edib.

Abrahamyanın sözlərinə görə, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.
Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib. 

İrəvan merinin müavini Armen Pambuxçyan insidenti terror kimi səciyyələndirib.

Qeyd edək ki, polis bölməsinə hücum edən şəxsin adı Stepan Ovakimyandır. O, Kotayk rayonunun Zar kəndindəndir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO