Mirzoyan: ”İrəvanın Zvartnotsda Moskvanın köməyinə ehtiyacı yoxdur”

Mirzoyan: ”İrəvanın Zvartnotsda Moskvanın köməyinə ehtiyacı yoxdur”

Hazırda oxunan: Mirzoyan: ”İrəvanın Zvartnotsda Moskvanın köməyinə ehtiyacı yoxdur”

181543

“Ermənistan Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətinin işini təmin edə bilir. İrəvanın Moskvanın köməyinə ehtiyacı yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənistanın bu təşəbbüsü barədə Rusiya tərəfi məlumatlandırılıb: 

“Əvvəldən Rusiya tərəfinin Zvartnots hava limanında olması Ermənistana dəstək kimi nəzərdə tutulmuşdu. İndi biz hesab edirik ki, Ermənistan institusional olaraq Zvartnots hava limanında sərhəd əməliyyatlarını həyata keçirməyə qadirdir. Düşünürəm ki, Rusiya tərəfi üçün bu, kifayətdir. Söhbət səlahiyyətlərin tam şəkildə həyata keçirilməsindən gedir. Biz artıq Rusiya tərəfdən dəstəyə ehtiyac hiss etmirik. Təbii ki, dəstəyə görə minnətdarıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO