AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA

AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA

175096

“AŞPA Qarabağ münaqişəsinə heç vaxt Azərbaycanın yanaşdığı kimi yanaşmayıb. Yəni, qurum məsələyə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması prizmasından baxmayıb. Bununla belə, tərəflər arasında münasibətlər yaxşı idi. Aydın məsələdir ki, hazırda münasibətlər ciddi formada korlanıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Atlantik Şurasının eksperti Metyu Brayza deyib.

Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırmasını şərh edən ekspert, son illər tərəflərin münasibətlərinin gərginləşdiyini bildirib.

“Belə görünür ki, Azərbaycan nümayəndə heyətinin ratifikasiya məsələsinin müzakirəsi AŞPA-da aktiv olan alman siyasətçi tərəfindən gündəmə gətirilib”, - deyə M.Brayza bildirib.

Münasibətlərin gərginliyində Fransa faktorunun mövcudluğuna diqqət çəkən sabiq səfir, bir çox gərginliklərin məhz rəsmi Parisin Ermənistanın yanında yer alması səbəbindən yarandığını qeyd edib:

“2020-ci ilin 10 noyabrında İlham Əliyev, Paşinyan və Putin atəşkəs müqaviləsi imzaladılar. Çox güman ki, hazırda baş verənlər Fransa hökumətinin Ermənistanın yanında yer alması səbəbindən üzə çıxan Azərbaycan-Fransa gərginliyindən qaynaqlanır.

AŞPA və Avropa Birliyi tamamilə ayrı təşkilatlardır. Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurmasının tərəflər arasında münasibətələrə necə təsir edəcəyini dəqiq bilmirəm. Lakin Fransa hər iki təşkilatın ən güclü üzvüdür.

Mən düşünürəm ki, son bir neçə həftə ərzində Azərbaycanla AŞPA, o cümlədə Cozef Borel arasında gərginliyin yaranmasında başlıca faktor Fransanın Azərbaycana qarşı tutduğu mövqedir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO