Erməni bloger:

Erməni bloger: "Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq"

Hazırda oxunan: Erməni bloger: "Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq"

143635

"Qarabağ Azərbaycandır. Əgər Qarabağ erməniləri bunu başa düşsələr və razılaşsalar, o zaman Azərbaycanın erməni icmasının dünyanın ən qabaqcıl erməni icması olmaq üçün bütün şansları olacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni bloger və ictimai fəal İşxan Verdyan yazıb.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi həyatdan imtina etmək səhv olardı:

"Siz, əlbəttə nəsə etməyə çalışarsınız, amma niyə? Qarabağ Azərbaycandır və bunu dəyişmək olmaz. Dəyişdirilmirsə, deməli bunun faydalarını axtarmaq lazımdır və öyünməyin heç bir faydası olmayacaq.

İrəvanda dövlət çevrilişləri edə, Paşinyanı atıb, yenisini gətirə bilərsiniz.  Amma bu, sizə nə verəcək? Sizcə, İrəvanda pul Bakıdan fərqli olaraq daha çoxdur?

Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO