İranlı narkotacirlə əlbir olan şəxslər TUTULDU – FOTO  

İranlı narkotacirlə əlbir olan şəxslər TUTULDU – FOTO  

Hazırda oxunan: İranlı narkotacirlə əlbir olan şəxslər TUTULDU – FOTO  
136971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda saxlanılan narkokuryerlərdən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Keçirilən baxış zamanı həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan artıq marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Ələkbərov və R.Məmmədovun İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib. 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO