Zəngəzur mis-molibden zavodundan Nikol Paşinyan və Anna Akopyana pul gedir

Zəngəzur mis-molibden zavodundan Nikol Paşinyan və Anna Akopyana pul gedir

Hazırda oxunan: Zəngəzur mis-molibden zavodundan Nikol Paşinyan və Anna Akopyana pul gedir

135666

“Zəngəzur mis-molibden kombinatından təkcə Nikol Paşinyan hökumətinə və baş nazirin həyat yoldaşı Anna Akopyana da pul gedir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. 

Qeyd edək ki, ZMMK “xoş niyyətlə” öz səhmlərinin 21,9%-ni Ermənistan hökumətinə verib.

Hökumət isə bunu öz növbəsində ilk dəfə Ermənistanın Milli Maraq Fondunun (ANİF) etimad idarəçiliyinə yönəldib. Həmin fondun direktoru İrəvanın vitse-meri Tiqran Avinyandır. 2022-ci ilin dekabrında səhmlərin idarəsi başqa təşkilata-Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilib. 
“ZMMK Xeyriyyə Fondu Anna Akopyanın “Mənim addımım” fonduna 27 milyon dram, təxminən 70 min dollar köçürüb. Qeyd edək ki, ZMMK 2022-ci ildə Ermənistanda 1000 iri vergi ödəyicisi siyahısına başçılıq edib. 2023-cü ilin birinci rübündə o, yerini “Qazprom Ermənistan” QSC-nə verərək ikinci yerdə qərarlaşıb. 2023-cü ildə zavodun gəlirləri azalsa da Anna Akopyanın fonduna gələn pullar kəsilməyib”,- deyə yazıda bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO