Yardıma gedən azərbaycanlı könüllülər Türkiyə mediasında - FOTO

Yardıma gedən azərbaycanlı könüllülər Türkiyə mediasında - FOTO

Hazırda oxunan: Yardıma gedən azərbaycanlı könüllülər Türkiyə mediasında - FOTO
120030
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qardaş ölkədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən ilk könüllü qrupu barədə xəbər Türkiyə mediasında geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, “DHA”, “SABAH”, “SonDakika” kimi aparıcı xəbər portallarında “Zəlzələ bölgəsində çalışan azərbaycanlı heyətə daha yeni qrup yardıma gəldi” kimi başlıqlarla yayımlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərərçəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan 100 gənc müəyyən edilərək, ilkin təlimat keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Könüllülər artıq Kahramanmaraş bölgəsinə çataraq fəaliyyətə başlayıblar.

Bizim.Media

Yardıma gedən azərbaycanlı könüllülər Türkiyə mediasında - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO