Koçaryan: “Yeni hökumət ordudan qorxurdu” - VİDEO

Koçaryan: “Yeni hökumət ordudan qorxurdu” - VİDEO

Hazırda oxunan: Koçaryan: “Yeni hökumət ordudan qorxurdu” - VİDEO

11075

Koçaryan müsahibəsi zamanı, düşünürəm ki, Ermənistan Rusiya ilə daha dərin qarşılıqlı münasibətlərin yaradılması haqqında çox ciddi düşünməlidir deyə qeyd edib.

Bizim.Media xəbər verir ki, armeniasputnik.am-a müsahibəsi zamanı Böyük siyasətə qayıtdığını qeyd edən Koçaryan artıq Ermənistanda yeni liderlərə, vəziyyəti daha yaxşı başa düşən və güclü şəxsiyyətlərə ehtiyac olduğunu da əlavə edib. 

 

Diplomatik sahədə Ermənistanın tamamilə uğursuz olduğunu bildirən Kocaryan,  bunu insanların küçələrdən hakimiyyətə gəlməsinin nəticəsi adlandırıb. Bu insanların siyasi təcrübə yox idi, onlar geosiyasi gerçəkliklər haqqında məlumatlı deyildilər.


Koçaryan, onlar sadəcə bu günlərinə görə narahatlıq keçirən və facebookdakı bəyənmə saylarını düşünən insanlar idi, deyərək Paşinyan hakimiyyətini də dolayı ilə tənqid edib.

Koçayan 44 günlük müharibədə məğlubiyyıtin səbəblərinə də toxunub. Onun sözlərinə görə əgər ilk gündən xalqa yalan danışılmasa idi, xalqın mobilizasiyasını daha yaxşı təşkil etmək olardı.

Hakimiyyətdəkilərin Ermənistan ordusuna qarşı pataloji qorxusunun olduğunu qeyd edən Koçaryan bunun səbəbini hökümətdəkilərin heç vaxt hərbi xidmətdə olmamaları ilə izah edib. Məhz buna görə də onlar oduya qarşı güvənsiz davranırdılar, deyə o əlavə edib.

 

“Mən ordunu yaradanlardanam”, deyə qeyd edən Koçaryan, müharibə aparan dövlətdə orduya böyük önəm verilməli olduğuna diqqət çəkib. Ancaq Ermənistan hakimiyyəti ilk gündən yüksək rütbəli zabitlərə qarşı qaralama kampaniyası aparıb.


Təcrübəli zabitlər iqtidara sadiq şəxslərlə əvəz olunub. Daha əvvəl önəmli olan təhlükəsizlik ehtiyacı, 2018-ci ildən etibarən hakimiyyətə sadaqət ehtiyacı ilə əvəz olunub.

Baş verən hər şeyin iqtidardakıların xətası olduğunu qeyd edən Koçaryan uğursuzluqlardakı ən böyük rolu da baş nazirin oynadığını qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO