Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO

Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO

Hazırda oxunan: Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO
101071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın "Rossia 24" kanalında Azərbaycana qarşı təxribat törədilib.

Bizim.Media xəbər verir ki, kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi müzakirəyə çıxarılıb.

Verilişdə bu dəfə erməni əsilli rusiyalı ekspert Semyon Baqdasarov (yan) və İrəvandan olan siyasi şərhçi Ayk Xalatyanın iştirakı ilə Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü qeyd olunub.

Vaşinqtonun bu təklifinin qətiyyən Ermənistanın maraqlarına cavab vermədiyi bildirilib. 

Həmçinin Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Ermənistanın milli maraqlarına uyğun olmadığı, Azərbaycanın heç bir güzəştə getmədiyi, Qarabağın Azərbaycanın tərkibində qalacağı təqdirdə Azərbaycanın guya erməni əhalini etnik təmizləməyə uğradacağı kimi təxribatçı fikirlər səsləndirilib.
“Rossiya-24” kanalı Ermənistan əhalisini qorxutmağı da unutmayıb. Həmin süjetdə “Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Bunun harası sülh müqaviləsi oldu?” - deyə müəllif erməniləri qorxutmağa çalışıb.

Bizim.Media
 


Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO - foto 3



Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO - foto 1
Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - VİDEO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO