Prokurorluqdan Rasilə Əliyevanın xidməti otağında döydüyü iddia edilən şəxslə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Prokurorluqdan Rasilə Əliyevanın xidməti otağında döydüyü iddia edilən şəxslə bağlı AÇIQLAMA 

86793

15 yaşlı yeniyetməni döydüyü üçün Lənkəran icra başçısı müavini vəzifəsindən kənarlaşdırılan və barəsində cinayət işi açılan Rasilə Əliyeva haqda daha bir iddia barədə məlumat vermişdik. 

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional bölməsinin işçisi Elşən Məlikov Bizim.Media-ya müraciət edərək 2020-ci ildə Rasilə Əliyeva tərəfindən xidməti otağında dpyüldüyünü, ondan sonra isə mütəmadi olaraq təhdid olunduğunu bildirmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran icra başçısı müavininin məktəblini döydüyü təsdiqləndi - Cinayət işi açıldı 


Elşən Məlikov iddia etmişdi ki, 2 il əvvəl Lənkəran-Astara Regional Məşğulluq Filialında fəhlə kimi çalışdığı dövrdə Rasilə Əliyeva iş yerində baş verən hər şeylə bağlı onu xəbərdar etməsini tələb edib. Hətta ona bu xidmət müqabilində 3 min manat da rüşvət təklif etdiyini deyib.  

Digər iddiasına görə Elşən Məlikov Rasilə Əliyevanın tələbindən imtina etdiyi üçün isə 2020-ci ilin martında Lənkəran-Astara Regional Məşğulluq Filialının rəhbəri Ramin Nəcəfov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev, Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinin rəhbəri Polad İmaməliyev, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Günəş Quluzadənin gözü qarşısında şillə-təpik altına salınıb.

Döyülmə faktı ilə bağlı isə Respublika Prokurorluğuna rəsmi müraciət edib. 

Məsələ ilə bağlı Respublika Prokurorluğunun rəsmisi Günay Əyyubova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, quruma Elşən Məlikovun Rasilə Əliyeva haqda müraciəti daxil olmayıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO