Balidən qayıdan Çingiz:

Balidən qayıdan Çingiz: "Yeni mahnı, klip və konsertlər olacaq" - FOTO

Hazırda oxunan: Balidən qayıdan Çingiz: "Yeni mahnı, klip və konsertlər olacaq" - FOTO

86529

“Həyatımın hər dönəmi çox dəyişik və fərqli keçirib. Son 1 ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikalarıma həsr elədim. Təbii ki, çox dəyişimlər keçirdim. Sizə danışmaq istədiyim hədsiz dərəcədə çox emosiyalar, fikirlər və təcrübələr var. Zamanla hər birini bölüşəcəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanı üç il əvvəl "Truth" nəğməsi ilə "Avroviziya" beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Çingiz Mustafayev sosial şəbəkə hesabında yazıb.

Uzun müddətdir İndoneziyanın Bali adasına köçüb, orada musiqi fəaliyyətini davam etdirən sənətçi yenidən vətənində böyük səhnəyə qayıtdığını dilə gətirib.

"Altı aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyam ilə paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəm. Yaxın günlərdə yeni mahnı və klip ilə qarşınızda olacam.
Çox keçməz ki, iki böyük konsertin elanını paylaşacam. Sizinlə görüşmək üçün səbirsizlənirəm. Gözləmədə qalın. Görüləsi işlər, danışılası çox şeylər var”, - deyə Ç.Mustafayev fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO