ABŞ raketi ilə Rusiya hərbi qatarı VURULDU - 80 HƏRBÇİ ÖLDÜ...

ABŞ raketi ilə Rusiya hərbi qatarı VURULDU - 80 HƏRBÇİ ÖLDÜ...

Hazırda oxunan: ABŞ raketi ilə Rusiya hərbi qatarı VURULDU - 80 HƏRBÇİ ÖLDÜ...

86510

Qara dəniz sahilindəki Odessa limanından taxılla yüklənmiş ilk gəmi İstanbula yola düşdüyü vaxtda Rusiya və Ukrayna ordusu arasında qızğın döyüşlər davam edir.

Bizim.Media xəbər verir ki, müharibənin ilk günlərində Rusiya tərəfindən ələ keçirilən Xerson şəhəri ilə bağlı gözlənilməz hadisələr baş verir.

Belə ki, şəhəri geri almağa hazırlaşan Ukrayna ordusu Krımın cənubu ilə Xerson arasında əlaqəni kəsməyə çalışır.

"Associated Press" (AP) agentliyinin bölgədəki müxbiri bildirib ki, Ukrayna qoşunları Xerson istiqamətində Rusiya ordusuna qarşı hücumları artırıb. Dnepr çayı üzərindəki körpülər və Rusiyanın Xersondakı mövqeləri ABŞ tərəfindən göndərilən "HIMARS" raket sistemləri ilə vurulur.

Raket zərbələri nəticəsində Krımdan Xersona doğru gedən 40 vaqonlu qatar sıradan çıxarılıb. Qatarda rus əsgərləri və döyüş sursatları olub. 
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko "Facebook" hesabında hücum zamanı 80 rus əsgərinin həlak olduğunu yazıb.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO