Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu

Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu

Hazırda oxunan: Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu

78001

Bu gün axşam saatlarında Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO